azia.az
azia.az

Coğrafiya İnstitutu Bakıya alternativ şəhərlərin yaradılmasını təklif edir

21-12-2021, 17:28

Coğrafiya İnstitutu Bakıya alternativ şəhərlərin yaradılmasını təklif edir
Azərbaycanda bəzi inzibati rayonlar mərkəzləşdirilmiş sistemə keçməlidir.

Demokrat.az xəbər verir ki, bu təkliflə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov çıxış edib

Alim iqtisadi baxımdan qeyri-fəal rayonların mərkəzdən idarə olunmasını məqsədəuyğun hesab edərək bildirib ki, bəzi rayonlarının potensialından düzgün istifadə edilmədiyindən daha səmərəli fəaliyyət göstərmək üçün yeni inzibati idarəetmə sisteminə keçirilməli və səlahiyyətlər mərkəzləşdirilməlidir.

O qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində potensialı nəzərə alınmalı, aqrar sənaye kompleksləri qurulmalıdır: "Əhalinin paytaxta axımının qarşısı alınması baxımından Bakı ilə rəqabət apara bilən regional şəhərlərin yaradılması zəruridir. Həmin şəhərlərdə iri sənaye obyektlərinin, xidmət sahələrinin yaradılması ətraf ərazilərin sakinlərinin həm işlə təmin olunmasına, həm də gəlirlərin əldə edilməsi üçün zəmin yaradar".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi