azia.az
azia.az

Azərbaycanda bu rayonlar ləğv olunacaq? - AÇIQLAMA

14-12-2021, 11:26

Azərbaycanda bu rayonlar ləğv olunacaq? - AÇIQLAMA
Ölkə ərazisində böyük rayonların vilayət və ya əyalətlərə çevrilməsi təklif edilir. Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu belə bir təkliflə çıxış edib. Təklifə əsasən, idarəetmə strukturunu təkmilləşdırməklə rayonların iqtisadi potensiallarından düzgün istifadə etmək mümkündür.

Azia.az xəbər verir ki, Ölkədə bəzi rayonların ləğv edilməsi və yeni inzibati idarəetmə üsuluna keçilməsi təklif olunur…

Bu təklifi Coğrafiya İnstitutunun baş direktor əvəzi Zakir Eminov irəli sürüb. Onun sözlərinə görə, ölkədə iqtisadi potensialı güclü olan inzibati rayonlar var. Amma bəzi rayonlar var ki, onların potensiallarından düzgün istifadə edilmir.

Zakir Eminov deyir ki, daha səmərəli fəaliyyət göstərmək üçün yeni inzibati idarəetmə sisteminə keçilməlidir və səlahiyyətlər mərkəzləşdirilməlidir.

Mütəxəssisin sözlərinə görə, xüsusilə də Azərbaycanın kənd təsərrüafatı sahəsində potensialı nəzərə alınmalı və aqrar sənaye kompleksleri qurulmalıdır. Bu yolla həm də əhalinin Bakıya axın etməsinin qarşısı alınar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi