azia.az
azia.az

Dilqəm Əsgərovun ölkəsi ilə danışmaq zamanı

9-05-2019, 08:07

Elşad PAŞASOY
Dilqəm Əsgərovun ölkəsi ilə danışmaq zamanı

Bakı 2016-cı ildən həbsdə olan Rusiya vətəndaşı, erməni Marat Ueldanovu (Qalustyan) Rusiyaya təhvil verdi. Böyük həcmdə narkotik vasitələrin qanunsuz əldə edilməsi, istehsalı, saxlanması və yayılması ittihamı ilə ittiham olunan Qalstyan 8 illik həbs cəzası almışdı.

Bu narkomanın bacısı Marianna Mirzoyan ötən illər ərzində Ermənistan və Rusiya mətbuatında ardıcıl olaraq ölkəmizi ittiham edirdi. Hətta bu tezislər sonradan Rusiya XİN-in bəyanatlarına da sirayət etdi, Bakı Rusiya vətəndaşı olan ermənilərə görə günahlandırıldı. Hansı ki, təkcə 2018-ci ildə 880 min Rusiya vətəndaşı Azərbaycanda səfərdə olub və bir dəfə də olsun, ölkəmizdən narazılıq eşidilməyib. Rusiya XİN isə İvan Krılovun məşhur “Qurd və quzu” təmsilinin personajına çox bənzədi bu cür davranışları ilə...

Beləcə, Rusiya XİN-dəki ermənilərin və ümumiyyətlə, anti-Azərbaycan qüvvələrin Qalstyan bəhanəsi də kəsildi. Narkotik biznesinə girişənədək onun gəlib-getməsində problem olmamışdı. Necə ki, Bakıda 30 min erməni rahat yaşayır. Ermənistanda bir azərbaycanlı yaşamadığı halda... Ancaq Azərbaycanın düşmənləri belə faktları görməzdən gəlirlər...

Elə bu ilin yanvarında Lavrov ümidvar olduğunu bildirmişdi ki, Azərbaycanla danışıqlar nəticəsində Marat Ueldanov-Qalustyan Rusiyaya veriləcək. Azərbaycan sözünü tutdu, həm də şimal qonşumuzla normal münasibətlərə xələl gəlməməsindən ötrü daha bir addım atdı. İndi növbə Rusiyanın və onun əlaltısı olan Ermənistanındır.

Sergey Lavrov bu yaxınlarda belə demişdi: “Rusiya həmişə və hər bir vəziyyətdə hərtərəfli humanitar həllə üstünlük verir: qalıqların mübadiləsi, hərbi əsirlərin, saxlanılan şəxslərin ”hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi". Üç ildir narkoman erməniyə görə Azərbaycanla münasibətləri pozmağa yönəlik cəhdlər göstərən Rusiya XİN-in başçısı indi də buyursun, Ermənistanın girovluğunda olan azərbaycanlıların azadlığına təkid etsin.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 5 ilə yaxındır ermənilərin əlində girovdur! Lakin Rusiya XİN bircə dəfə Ermənistana onlarla bağlı nota verməyib. Hansı ki, Dilqəm Əsgərov azərbaycanlı olsa da, Rusiya vətəndaşıdır. Necə olur ki, Qalstyana görə özünü fəda edən Lavrov, Zaxarova Dilqəm Əsgərov məsələsində olsa-olsa, sülh çağırışı edir? Erməniyə münasibətdə niyə “diş”li siyasət görmürük?

Azərbaycan qanuni əsaslarla saxladığı, həbs etdiyi ermənilərə qarşı heç bir zorakılığa yol verməyib. Hətta Bakıda əsir olan erməni hərbçilərdən biri şəxsən etiraf etdi ki, ona burada daha yaxşıdır, nəinki Ermənistanda. Lakin Dilqəmlə Şahbaza olmazın işgəncələr verilib.

Azərbaycan əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edən ölkədir. Lavrov ortaya iradə qoysa, çətin ki, İrəvan dirəniş göstərsin. Ermənistan hakimiyyətinin karikatura rolunu oynadığını o gün Medvedev Paşinyanla məzələnəndə gördük - baxmayaraq ki, “əziz qonağı”nı öz evində qəbul etdi, amma Paşinyan yenə də ələ salındı.
Belə oyuncaq biri ilə ciddi müzakirə aparmağa dəyməz. Bu mənada deputat Qüdrət Həsənquliyevin dediyi kimi, danışıqları Ermənistanla yox, birbaşa Rusiya ilə aparmalıyıq. Ermənistan rəhbərliyi onsuz da bəhanə edir ki, Qarabağ ermənilərinin əvəzindən qərar verə bilməz. Əslində Qarabağ klanının Rusiyaya bağlı olduğunu yaxşı bilirik. Rusiya ilə danışmağımızı zəruri edən amillər kifayət qədərdir. Paşinyan Davosda Azərbaycan prezidenti ilə görüşdü, sonra Moskvaya uçub hesabat verdi. Daha sonra liderlərin Vyana görüşü oldu, bu dəfə Putinə zəng edib nə danışdıqlarını nöqtə-vergülünə qədər Rusiya prezidentinin “ovcuna” qoydu. Bunlar Rusiyanın kuklasıdırsa, niyə vaxt itiririk?
Qoy Azərbaycan XİN vaxt itirmədən bir test eləsin, Kəlbəcər girovlarının, həmçinin digər azərbaycanlıların qaytarılması ilə bağlı Rusiya ilə danışıqlara başlasın. Əsl məqamıdır. Qalstyanın qaytarılması halında ortaya nümunə qoyub, Lavrov da “hamının hamıya” prinsipini dəstəkləyib. İndi addım atmaq növbəsi qarşı tərəfindir - Dilqəm Əsgərovun vətəndaşı olduğu ölkənin. Rusiyanın davranışı onunla sonrakı münasibətlərə qiymət vermək baxımından da önəmli olacaq. Həm də uğurlu nəticə olacaqsa, Qarabağın qaytarılması istiqamətində də Moskva ilə danışıqları davam etdirmək mümkündür. Əks təqdirdə, Şuşa qalasındakı girovlarımızı da, Şuşanı da savaşla azad etmək haqda düşünməliyik.

Sabah Şuşanın işğalının 27-ci ildönümü tamam olacaq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi