azia.az
azia.az

Qadağalar bu gündən başladı - 40 MANAT CƏRİMƏ

5-05-2017, 10:27

Qadağalar bu gündən başladı - 40 MANAT CƏRİMƏ

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqları (sarı zolaqlar) ilə əlaqədar xəbərdarlıq edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov APA-ya açıqlamasında deyib ki, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından bugündən etibarən, mayın 25-dək istifadə olunacaq.

V. Əsədov bildirib ki, mayın 5-dən IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələri bu zolaqlara daxil olsa, həmin nəqliyyat vasitələrinin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi