azia.az
azia.az

Atletika üzrə paralimpiya milli komandamız “FƏZZA” Qran-Pri turnirinə yola düşüb

15-03-2016, 13:35

Atletika üzrə paralimpiya milli komandamız “FƏZZA” Qran-Pri turnirinə yola düşüb Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika üzrə paralimpiya milli komandası martın 14-də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubay şəhərinə yola düşüb.
Atletika üzrə paralimpiya milli komandamız 16-21 mart tarixində Dubayda keçiriləcək 8-ci “FƏZZA” Qran-Pri turnirinə qatılacaq. Rio-2016 Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 26 idmançımız qüvvəsini sınayacaq.
Onlar arasında Paralimpiya Oyunlarının mükafatçıları, beynəlxalq yarışların qalibləri, eyni zamanda dünya rekordçusu var.
Xatırladaq ki, Paralimpiyaçılarımız Brazilyada keçiriləcək yay paralimpiya oyunlarına, bu günə qədər 16 lisenziya qazanıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi