azia.az
azia.az

Karate üzrə milli komandamızın heyəti açıqlandı

12-05-2017, 16:06

Karate üzrə milli komandamızın heyəti açıqlandı


“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək karate üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

azia.az Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan idmançıları İslamiadada baş məşqçi əvəzi Rəhman Hətəmov, böyük məşqçilər Şahin Xudaverdiyev, Seymur Hüseynov və Rəşad Hüseynov rəhbərliyi altında çıxış edəcəklər.

Kumite yarışlarında ümumilikdə 10 karateçi mükafatçılar sırasına düşməyə çalışacaq. Kişilərin mübarizəsinə kişilərdən Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84) və Asiman Qurbanlı (+84), qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68) və Fəridə Əliyeva (+68) qatılacaq. Kata yarışlarında isə Azərbaycanı Roman Heydərov və Neda Rezai təmsil edəcək.

İslamiadada Azərbaycanın 3 beynəlxalq dərəcəli hakimi - Cahangir Babayev, Yusif Məmmədov və Vüqar Kərimov iş başında olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi