İranın Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarındakı bayraqdarı qadın idmançı olacaq.
azia.az report-a istinadən xəbər verir ki, bu, atıcı Mahlaqa Jambozorqdur.
25 yaşlı idmançı mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış Mərasimində öz ölkəsinin bayrağını daşıyacaq. MOK prezidenti Şahruh Şahnazi bildirib ki, Jamborzorq qarşıdakı idman yarışının xarakteri və bütün bədənini örtən çadra gəzdirməsi ilə əlaqədardır: "O, Oyunlarda hicabla çıxış edəcək iranlı qadınlar üçün yaxşı nümunədir".
Qeyd edək ki, İslamiadada İranın 180-dək idmançısı 16 növ üzrə mübarizə aparacaq. Mahlaqa Jambozorq 2012-ci il London və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 10 metr məsafəyə tapançadan atəş açma yarışında mübarizə aparıb. O, 2015-ci il Universiadasında qızıl, gümüş və 2 bürünc, 2010-cu il Asiya Oyunlarında gümüş və bürünc medal qazanıb.