azia.az
azia.az

Avropa çempionatının keçirilməsinə 2 milyon manat ayrıldı – Prezidentdən sərəncam

23-02-2016, 07:22

Avropa çempionatının keçirilməsinə 2 milyon manat ayrıldı – Prezidentdən sərəncam Azərbaycan prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Gün.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 17 yaşadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsini təmin etmək məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi