azia.az
azia.az

Milyarderlər ən çox bu bürclərdən çıxır

Bu gün, 01:05

Astrologiyaya görə, bəzi bürclərin maliyyə uğuru və sərvət toplamaq baxımından daha şanslı olduğu iddia edilir. Dünyanın ən varlı insanları arasında aparılan araşdırma isə müəyyən bürclərin milyarderlər arasında daha çox təmsil olunduğunu ortaya qoyub.

Araşdırmanın nəticələrinə əsasən, siyahının ilk pilləsində Tərəzi bürcü qərarlaşıb. Bu bürcdən olan 22 milyarderin ümumi sərvətinin 881,7 milyard dollar olduğu bildirilir. Həmçinin Tərəzilərin digər bürclərlə müqayisədə milyarder olmaq ehtimalının 38 faiz daha yüksək olduğu iddia edilir.

Astroloji şərhlərə görə, Tərəzilərin strateji düşünmə qabiliyyəti, geniş sosial əlaqələri və riskləri düzgün qiymətləndirmək bacarığı onların biznes dünyasında uğur qazanmasına kömək edir.

İkinci yerdə Buğa bürcü qərarlaşıb. Araşdırmaya əsasən, bu bürcdən olan 16 milyarder var. Buğaların səbirli, qətiyyətli və realist yanaşmaları uzunmüddətli sərvət toplamaqda əsas üstünlükləri kimi göstərilir.

Üçüncü pillədə isə Balıqlar qərarlaşıb. Siyahıda 15 milyarder bu bürcün nümayəndəsidir. Onların yaradıcılığı, dəyişən trendləri erkən hiss etmək və istehlakçıların gözləntilərini proqnozlaşdırmaq bacarıqları ilə seçildiyi bildirilir.

Ən az milyarder hansı bürclərdəndir?

Araşdırmaya görə, Oğlaq və Oxatan bürcləri milyarderlər arasında ən az təmsil olunan bürclər sırasındadır. Hər iki bürcdən cəmi 5 milyarder qeydə alınıb.

Astroloji yanaşmaya əsasən, Oğlaqların həddindən artıq ehtiyatlı olması risk almağa mane ola bilər. Oxatanların isə azadlıq və macəra sevgisinin uzunmüddətli maliyyə hədəfləri ilə hər zaman üst-üstə düşmədiyi irəli sürülür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi