azia.az
azia.az

Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən edilən müraciətlərin sayı açıqlandı

4-02-2016, 14:07

Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən edilən müraciətlərin sayı açıqlandı Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən verilən məlumata görə, qeyd olunan müddət ərzində 15 985 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 12 515 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 19 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,1 dəfə çox, 2015-ci il ilin müvafiq dövrü ilə müqayisədə isə 2,9 dəfə çox) daxil olub.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 144 sənəd (753 məktub, 322 ərizə, 69 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi ilə bağlı məsələlər əksini tapıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi