azia.az
azia.az

Rus ulduzun xanımının fotoları gündəm oldu – FOTOLAR

12-12-2019, 11:21

Rus ulduzun xanımının fotoları gündəm oldu – FOTOLAR
ABŞ-ın Milli Hokkey Liqasında (NHL) çıxış edən buz hokkeyçisi İlya Kovalçukun xanımı Nikol beynəlxalq kişi dərgisi “Maxim”in üz qabığında yer alıb.
Minval.info xəbər verir ki, rus ulduzun həyat yoldaşı jurnalın fotosunu “Instagram” hesabında paylaşıb.Dörd uşaq anası olan Nikol Kovalçuk sosial media hesabında paylaşdığı fotolarla daim diqqət mərkəzindədir. Bədən fiqurasını mütəmadi olaraq idmanla məşğul olmaqla qoruduğunu deyən rusiyalı oyunçunun xanımı gözəlliyi ilə özündən söz etdirir. Qeyd edək ki, İlya Kovalçuk 2008-ci ildə Qış Olimpiya Oyunlarının qalibi olub.
Rus ulduzun xanımının fotoları gündəm oldu – FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi