azia.az
azia.az

Nardaranın yeni qazısi: "39 məscidə nəzarət edəcəyik"

16-02-2016, 13:46

Nardaranın yeni qazısi: "39 məscidə nəzarət edəcəyik" Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacıallahşükür Paşazadə tərəfindən Nardaran qəsəbəsinə qazı vəzifəsinə təyin edilən Hacı Musa Qasımov görəcəyi işlərlə bağlı açıqlama verib.
M.Qasımov bildirib ki, o, Sabunçu rayonu üzrə baş qazı vəzifəsini icra edəcək:
"Sabunçu rayonu ərazisində ümumilikdə 39 məscid var və biz bunalara nəzarət edəcəyik. Konkret Nardaran qəsəbəsinə gəlincə, burada bir icma fəaliyyət göstərəcək. Bu icma da Rəhimə xanım ziyarətgahında yerləşəcək. Nardarandakı digər 8 məscidə isə ümumi qaydada nəzarət edəcəyik".
M.Qasımov əlavə edib ki, daha əvvəl Sabunçu rayonu üzrə qazı olmayıb. Bir müddət əvvəl isə Qafqaz Müsəlmanları İdarəsi Hacı Məhəmmədi bu rayon üzrə qazı təyin edib: "Biz Hacı Məhəmmədlə birgə işləyəcəyik. Həmçinin rayondakı məscidlərə axundlar təyin edəcəyik. Xeyli savadlı-diplomlu yoldaşlar var, çalışacağıq onlar məscidlərdə axundluq etsinlər".
Qeyd edək ki, Bakıda ilk dəfədir ki, hər hansı rayonda qazılik institutu yaradılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi