azia.az
azia.az

Vəzifəli şəxslərin tənqid edilməsi ilə bağlı qanuna maddə əlavə edildi

24-06-2016, 23:27

Vəzifəli şəxslərin tənqid edilməsi ilə bağlı qanuna maddə əlavə edildi İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun təsdiq edilib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Məcəlləyə aşağıdakı dəyişikliklər edilib:

1. Aşağıdakı məzmunda 594-1-ci maddə əlavə edilsin:

“Maddə 594-1. Vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulması

594-1.1.Vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına, yəni:

594-1.1.1. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciətin qəbul edilməməsinə;

594-1.1.2. vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsinə;

594-1.1.3. vətəndaşların qəbulunun “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməməsinə;

594-1.1.4. dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə -

vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Qeyd. Bu Məcəllənin 594-1.1.4-cü maddəsində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.”.

2. 54.2-ci maddədə “573” rəqəmlərindən sonra “594-1,” rəqəmləri əlavə edilsin.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi