azia.az
azia.az

Rəşad Məmmədovun həyat yoldaşı ifadə verməkdən İMTİNA EDİB

18-06-2016, 06:43

Rəşad Məmmədovun həyat yoldaşı ifadə verməkdən İMTİNA EDİB Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi keçirilən prosesdə Rəşad Məmmədovun həyat yoldaşı Səbinə Məmmədova teleqram vurub. O, teleqramda qeyd edib ki, təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğu üçün ifadə verməkdən imtina edib.

Prosesdə şahid qismində Xuraman Qasımova ifadə verib. O təqsirləndirilənlərdən Rəşad Məmmədovu tanıdığını deyib: "Bacımın kürəkəndir. Özüm 2011-2013-cü illərdə Dövlət Bayraq Meydanında maliyyə və kadrlar şöbəsinin müdiri olmuşam. Vəzifəm bütün vergi orqanlarına hesabatlara nəzarət eləmişəm. İşimə əsasən əvvəllər 640, sonradan 750 manat almışam. Bütün günüm vergi orqanlarında olmuşam. İttihamda verilib ki, guya mən işə gəlməmişəm. Halbuki bu düz deyil. İttihamda qeyd edilib ki, 54100 manat heç nədən əməkhaqqı veriblər. Düz deyil, ümumilikdə 30 il başqa başqa yerlərdə baş mühasib vəzifəsində çalışmışam".

Zərərçəkənin hüquqi nümayəndəsi bildirib ki, Xuraman Qasımova həmin vəzifədə çalışıb və vəzifəsini icra edib.

Rəşad Məmmədovun sürücüsü olmuş Maksim İslamov ifadə verib. O, ifadəsində bildirib ki, həm sürücü həmdə mexanik kimi fəaliyyət göstərirdim: "Rəşad Məmmədov və aparat işçilərini gəzdirirdim".

Keçirilən prosesdə şahid qismində Rəşad Məmmədovun qaynı Azər Əsgərov ifadə verib. O, ifadəsində kompleksdə olan bütün tikinti işlərinə rəhbərlik etdiyini bildirib: " 2007-dən ildən bəri Rəşadla işləməyə başlamışam. Bayraq Meydanının sıfırdan biz yığmışıq. Ora gələn bütün dövlət xadimlərini, aparat işçilərini mən qarşılayıb, görülən işlərlə bağlı məruzə eləmişəm. Avrovizya vaxtı 5 ay evə getməyə vaxtımız olmayıb. İşləyə-işləyə maşında yatmışam. Mənim şirkətim olub. Pula ehtiyacım olmayıb".

Rəşad Məmmədov bildirib ki, Azər Əsgərov biznesmen olub: "Onun şirkəti olub. 200-300 işçisi olub. Onun fəhləsi belə 700-800 manat maaş alıb. Ondan mən xahiş eləmişəm ki, gəlib mənə kömək eləsin. Onsuz işləri çatdıra bilməzdim".

Şahid qismində dindirilən Tofiq Ağayev də Rəşad Məmmədovun sürücüsü olduğunu və bundan başqa da mexanik kimi çalışdığını deyib.

Digər bir şahid Səbuhi Mustafayev Kompleksin Kommunal Təmizlik Şöbəsində rəis vəzifəsində çalışdığını deyib. Onun ifadəsində ziddiyyətlər yarandığı üçün onun istintaqa verdiyi ifadə elan edilib. O, istintaqa verdiyi ifadədən imtina eləyib.

Prosesdə Dövlət Bayraq Meydanı rəisinin köməkçisi Aydın İsmayılov ifadə verib. O bildirib ki, Rəşad Məmmədovun köməkçisi olmamışdan əvvəl Komunal Şöbənin rəisi olmuşam. Əraziyə və Kompleksin təhlükəsizlik işləri baxırdıq. Onun da ifadələrində ziddiyyətlər olub. Aydın İsmayılovun ibtidai istintaq ifadəsi elan edilib.

Prosesdə ümumilikdə 19 şahid dindirilib.

Vəkillər Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığa buraxılmasını istəyib.

Prokuror vəsatətə münasibət bildirmək üçün 5 dəqiqə vaxt istəyib.

Fasilədən sonra prokuror vəsatətlərin rəd edilməsini istəyib.

Hakimlər kollegiyasının tərəfindən vəsatət təmin edilməyib.

Məhkəmə prosesi iyunun 20-də davam edəcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov keçən il n may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi