azia.az
azia.az

Azərbaycanda ödənişli avtomobil yolları istifadəyə verilə bilər

12-05-2016, 17:30

Azərbaycanda ödənişli avtomobil yolları istifadəyə verilə bilər Azərbaycanda pullu yollar ola bilər. “Azəravtoyol ASC”-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, Ələt-Astara yolunun tikintisi başa çatdıqdan sonra təmsil etdiyi qurum Nazirlər Kabinetinə təklif edib ki, həmin yol ödənişli olsun.
Əgər təklif qəbul edilərsə, buna alternativ olaraq ödənişsiz yol da olacaq. Nazirlik rəsmisinin fikrincə, insanlar ödənişli və ya ödənişsiz arasında seçim etməlidirlər. Həmin yolda da bu imkan var. Ödənişli olması nəzərdə tutulan yolun özəlliyi ondan ibarətdir ki, həmin yol alternativ yola nisbətən 40 km daha qısadır. Daha geniş və rahat avtomobil yoludur. Həmin yolda sürət limiti olmayacaq.
Təklif edilən ödəniş isə simvolikdir. Yəni 1 km-ə 2-4 qəpik arası ödəniş təklif olunur. Nazirlər Kabineti tərəfindən təklif qəbul olunsa, yolun ödənişli olması reallaşa bilər. ödənişli yollar praktikası nəinki Avropada, o cümlədən, Cənub-Şərqi Asiyada da tətbiq olunur. Həmin layihələr də effektiv nəticə verməkdədir.
Azərbaycanda da bununla bağlı zaman- zaman Milli Məclisin tribunalarından müxtəlif təkliflər səsləndirilir. Ödənişli yolların çəkilməsi magistral yollarda nəqliyyatın sıxlığını da nisbətən aradan qaldırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi