azia.az
azia.az

G20 ölkələri BMT-nin Əfqanıstanda daimi mövcudluğunu dəstəkləyiblər

13-10-2021, 08:16


G20 ölkələri Əfqanıstanda BMT-nin daimi mövcudluğuna ehtiyac olduğunu bəyan ediblər, bununla da BMT-nin Əfqanıstandakı Yardım Missiyasına dəstək nümayiş olunub.
G20 ölkələri BMT-nin Əfqanıstanda daimi mövcudluğunu dəstəkləyiblər
Azia.az xəbər verir ki, bu barədə G20 sədrinin Romada yaydığı bəyanatda bildirilir.

"BMT Əfqanıstan böhranının həllində mühüm rol oynayır. Təşkilatın ölkədə daimi mövcudluğunu saxlamaq lazımdır”, - deyə sammitin ümumi məqsəd və prinsiplərini əks etdirən sənəddə qeyd olunur.
"G20 ölkələri UNAMA-nın (BMT-nin Əfqanıstandakı Yardım Missiyası – Red.) Əfqanıstanda mövcudluğunu və onun öz mandatını icra etməsini qəti şəkildə dəstəkləyir, buraya beynəlxalq yardımın əlaqələndirilməsi rolu da daxildir”, - məlumatda belə deyilir.

Bildirilir ki, "Böyük iyirmilik” ölkələri Əfqanıstan rəsmilərini BMT-nin bütün əməkdaşlarının, eləcə də Əfqanıstandakı bütün diplomatik missiyaların və humanitar işçilərin təhlükəsizliyini və hərəkət azadlığını təmin etməyə çağırıb.
Apa.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi