azia.az
azia.az

Süni qida ananın südünü necə azaldır? - ELMİ İZAH

20-03-2020, 15:55

Süni qida ananın südünü necə azaldır? - ELMİ İZAH Analar, habelə tibb işçilərinin əksəriyyəti düşünürlər ki, körpəyə bir və ya bir neçə dəfə süni qida verməklə heç bir problem yaranmır və mənfi təsir olmur.
Halbuki, həqiqətdə süni qidanın, hətta bir dəfə belə verilməsi körpənin sağlamlığına və əmizdirmə prosesinə ciddi ziyan vura bilər.
Beynəlxalq miqyaslı laktasiya məsləhətçisi Marsha Walker müxtəlif elmi araşdırmalara əsaslanaraq bildirir ki, ana südü və süni qida ilə qidalanan körpələrin mədə-bağırsaq sistemləri arasında bir sıra fərqlər mövcuddur. Ana südü ilə qidalanan körpələrin ilk 6 həftədə mədə PH-ları daha aşağıdır. Yalnız ana südü ilə qidalananlarda təxminən 5.1-5.4 olduğu halda süni qidalanan körpələrdə bu rəqəm 5.9-7.3-dur.
Aşağı PH səviyyəsi səbəbilə mədə-bağırsaq ana südü ilə qidalanan körpələrdə həzm üçün mühüm və faydalı olan bifidobakteriyalarla zəngindir. Bu cür sağlam mühit isə öz növbəsində xəstəlik törədən müxtəlif mikrobların qarşısını almağa qadirdir. Körpəyə ilk 7 gün ərzində süni qida verilərsə, onun mədə-bağırsaq florası və mühiti dəyişilərək süni qida ilə qidalanan körpəninki ilə eyniləşir.
Bütün bunlardan əlavə olaraq hətta bir dəfə əmzikli şüşədə süni qida verilən körpələr əksər hallarda ananın döşündən imtina edirlər. Körpələr ananın döşündən südü əmib çıxartmağın əmzikli şüşə ilə müqayisədə daha çətin olduğunu duyub kürlük edirlər. Daha asan və rahat yolu - əmzikli şüşəni tələb edirlər. Təəssüflər olsun ki, bu cür döşdə kürlüyü anaların çox hissəsi südlərinin az olması kimi qəbul edirlər. Bu isə öz növbəsində anaların mənfi fikirlərə qapılmasına və ruh düşkünlüyünə səbəb olur. Beləliklə, əmizdirmə prosesi qüsurlu dövriyyəyə qapanır. Sözsüz ki, bütün körpələr eyni deyil və istisna halları mövcuddur.
Yeni analara və ana olmağa hazırlaşan qadınlara süni qidanın əmizdirmə prosesinə yaratdığı təhlükəni daha ciddi qəbul etməyi tövsiyə edirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi