azia.az
azia.az

Əbülfəs Qarayev: "Xalça Muzeyi ilə Luvr, Viktoriya və Albert muzeyləri arasında geniş əməkdaşlıq əlaqəsi var"

2-03-2016, 20:14

Əbülfəs Qarayev: "Xalça Muzeyi ilə Luvr, Viktoriya və Albert muzeyləri arasında geniş əməkdaşlıq əlaqəsi var" Ölkəmizin ən böyük muzeylərindən biri olan Xalça Muzeyi Azərbaycan xalqının min illərdən bəri yaratdığı toxuculuq sənətinin qorunub inkişaf etdirilməsində önəmli yer tutur və daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

azia.az-ın Gün.Az-a istinadən məlumatına görə bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xalça Muzeyində keçirilən tədbirdə deyib.
Nazir qeyd edib ki, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir: "Bizim xalçaların tarixi min illərə gedib çıxır. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına salınıb.
Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayiş edilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirildi. 26 avqust 2014-cü ildə isə dövlət başçısının iştirakı ilə muzeyin yeni möhtəşəm binasının açılışı keçirildi.
Bu binanın ərsəyə gəlməsində, həmçinin Azərbaycan xalçalarının dünyada tanıdılması işində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi əməyi var”.
Ə. Qarayev bildirib ki, müasir üslubda inşa olunan muzeyin fəaliyyəti dünyanın ən qabaqcıl muzeyləri səviyyəsində qurulmalıdır: “Bu gün Xalça Muzeyi ilə Luvr, Viktoriya və Albert Muzeyləri arasında geniş əməkdaşlıq əlaqəsi var. Bu o deməkdir ki, müasir, yaradıcı düşüncənin inkişaf etdirilməsi üçün yeni üfüqlər açılır. Bu mənada muzeyin işçilərinin üzərinə böyük məsuliyyət düşür. Buna görə də işimizi dünyanın ən məşhur muzeylərinin səviyyəsində qurmaq istiqamətində fəaliyyətimizi genişləndirməliyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi