azia.az
azia.az

Selena Qomez fanatlarını məyus etdi

4-02-2016, 17:53

Selena Qomez fanatlarını məyus etdi Hər iki ifaçının fanatları cütlüyün yenidən sevgili olmasını istəyirlər.

Aktrisa, müğənni, eyni zamanda model Selena Qomez keçmiş sevgilisi Castin Biberlə bağlı açıqlama verib.
Xanım Qomez onların bundan sonra ancaq dost kimi qalacağını və haqqında çıxan söz-söhbətlərdən yorulduğunu bildirib. “Bundan sonra Castin Biberlə aramızda dostluqdan başqa heç nə ola bilməz. Bu barədə çıxan bütün söz-söhbətlərdən yorulmuşam. İstəyirəm ki, Castin bundan sonra xoşbəxt olsun. Amma mən daha onunla birgə ola bilmərəm”, - deyə müğənni bildirib.
Castin Biberlə ayrıldıqdan sonra yaranan söz-söhbətlərə əhəmiyyət vermədiyini bildirən ifaçı vaxt keçdikcə bütün bunlardan narahat olduğunu əlavə edib.
“Daha bu söhbətlərin uzanmasını istəmirəm”, - deyən ifaçının bu sözləri fanatlarını məyus edib.
Selena Qomez və Castin Biberin ayrılmasından uzun müddət keçib. Bu müddət ərzində Selena Qomez özünə yeni sevgili də tapıb. Buna baxmayaraq, hər iki ifaçının fanatları cütlüyün yenidən birlikdə olmasını istəyirlər. Selena Qomez fanatlarını məyus etdi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi