azia.az
azia.az

“Hoqqa”nın Moskvada təqdimatı oldu - Fotolar

10-05-2017, 19:00

Mayın 6-da Rusiyanın Moskva şəhərində “Hoqqa” filminin qala gecəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qaladan əvvəl yerli informasiya agentliklərinin iştirakı ilə mətbuat konfransı olub.

Konfransdan sonra tamaşaçılar “Hoqqa” filminin yaradıcı heyəti, baş rol ifaçıları - əməkdar artist Dilarə Əliyeva, aktyor Vüsal Murtuzəliyev, layihə rəhbəri Oqtay Əliyev və filmin ssenari müəllifi və baş prodüseri Fariz Əliyevlə şəkillər çəkdirib, daha sonra isə filmin nümayişi olub.

Filmin Moskvadakı nümayişi Azərbaycanın Rusiyadakı səfirliyi və Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondunun dəstəyilə təşkil olunub.

Qeyd edək ki, “Hoqqa” Rusiyada təqdimatı keçirilən ilk Azərbaycan kommersiya filmidir.


“Hoqqa”nın Moskvada təqdimatı oldu - Fotolar
“Hoqqa”nın Moskvada təqdimatı oldu - Fotolar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi