azia.az
azia.az

Mobil telefonlar da POS-terminal sayılacaq

Bu gün, 17:11

Mobil telefonlar da POS-terminal sayılacaq.

Xəbər verilir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektron ticarət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qanunvericiliyə görə, POS-terminal ödəniş kartları vasitəsilə əməliyyatların aparılması, habelə nağd pul vəsaitinin əldə edilməsi üçün nəzərdə tutulmuş avadanlıqdır. Layihəyə əsasən, POS-terminal nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və (və ya) nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz (mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq) sayılacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi