azia.az
azia.az

Səbinə Əliyeva yenidən Ombudsman seçildi

Bu gün, 13:49

Milli Məclis Səbinə Əliyevanı yenidən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə seçib.

Parlamentdə keçirilən səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyevanın namizədliyinin lehinə 100, əleyhinə isə 7 deputat səs verib. Digər namizədlərdən Ceyhun Həsənovun lehinə 13, Elşanə Vəliyevanın lehinə isə 8 səs verilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Müvəkkilin səlahiyyət müddətinin başa çatmasına 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Parlament isə 15 gün ərzində müvəkkilin seçilməsi ilə bağlı qərar qəbul edir. 
Xatırladaq ki, qanunvericiliyə əsasən, eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi