azia.az
azia.az

Qəşəm Nəcəfzadənin adı Şuşaya gedən şairlər siyahısından çıxarıldı - ŞOK SƏBƏB

28-08-2021, 20:20

Qəşəm Nəcəfzadənin adı Şuşaya gedən şairlər siyahısından çıxarıldı - ŞOK SƏBƏB
Tanınmış şair, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə Şuşaya aparılmamasının səbəbini açıqlayıb .

Azia.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə status yazıb. Şair qeyd edib ki, əvvəlcə onun adı Şuşaya gedənlər siyahısında olsa da, sonradan bilinməyən səbəbdən siyahıdan çıxarılıb:

"Sabah Şuşaya şairlərlə mən də gedəcəkdim. Ən böyük arzum və haqqım idi. Adımı Anar siyahıya yazmışdı. Məni çağırmadılar amma... (Şuşa davası eləmirəm, nə xoş ki, Şuşa bizimdir. Sadəcə bir neçə dəfə belə hadisə olub). Guya deyirlər adını Fonddan pozublar. Sonra deyirlər, Administrasiyadan pozublar. Nə bilim, kim pozub? 60 yaşımı adlamış bir ziyalı , Əməkdar Mədəniyyət işçisi kimi, tanınmış şair kimi niyə mənim adım mədəniyyət, ədəbiyyat siyahısından pozulmalıdır? Ev, fəxr ad siyahısından pozdular yaxşı elədilər, bəs Şuşaya nə söz? Mən sizə nə pislik eləmişəm, ancaq vətənimə, dövlətimə, xalqıma şeir yazmışam, ayrı nə eləmişəm? Niyə hakimiyyətə qarşı adamın inamını sındırırsınız? Niyə adamı məhv edirsiniz?"

Qəşəm Nəcəfzadənin adı Şuşaya gedən şairlər siyahısından çıxarıldı - ŞOK SƏBƏB


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi