azia.az
azia.az

NASA Günəşə peyk göndərdi

19-11-2018, 08:18


ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) “Parker Solar Probe” peykini Günəşə göndərib. Trend-in məlumatına görə, Florida ştatının “Kanaveral” kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır.

“Parker Solar Probe”nin 7 il ərzində 24 dəfə Günəş ətrafında dövr edərək ona rekord yaxın məsafədə - 6,1 milyon kilometr yaxınlaşması planlaşdırılır.

Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi