azia.az
azia.az

Həftənin bu günü nəyə görə "ölüm günü" adlandırılır- İLGİNC

18-01-2021, 18:43

Həftənin bu günü nəyə görə "ölüm günü" adlandırılır- İLGİNC

İnsanlar ən çox həftənin bir günü günü ürək tutmasından ölürlər.

İndiyə qədər elə düşünürdülər ki, qəfil ürək tutması ən çox həftənin bazar ertəsi günü səhərlər baş verir. Amma bir qrup Amerika alimləri bunun belə olmadığını müəyyən ediblər.

Azia.az-ın xəbərinə görə, araşdırmaçılar, əsasən, qəfil ürək tutması və ürəyin elektrik aktivliyinin pozulması hallarını araşdırıblar.

Həkimlərin sözlərinə görə, xəstələrin müalicə üsullarının dəyişdirilməsi qəfil qrək dayanması riskini artırır. Başqa bir amil isə insanın həyat ritminin dəyişməsidir.

"Son 10-20 ildə insanların rəftarı həqiqətən də çox dəyişib. Bizim iş ritmimiz dəyişib, daima əlaqə halındayıq. Mən bunu "daimi işlək vəziyyət” adlandırardım. Bir çox insanlar ya işləyirlər, ya da smartfonlarla məşğuldurlar”, – deyə həkim Çuq bildirir.

Həyat tərzinin bu cür dəyişməsi sirkad ritmlərin pozulmasına və stressə səbəb olur.

Araşdırma nəticəsində ürək tutmasının ən çox gündüz vaxtı yaşandığı məlum olub. Həkim Çuq artıq bazar ertəsinin "ölüm günü” hesab edilmədiyini bildirir. Düşünülənin əksinə olaraq, bazar günləri daha çox qəfil ürək dayanması hadisələri yaşanır. Statistikaya görə, qəfil ürək dayanması keçirən insanlar xəstəxanaya çatdırılmadan dünyalarını dəyişirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi