azia.az
azia.az

Bəylər Eyyubovun DİN-də yüksək vəzifə almış qohumu haqda İLGİNC faktlar - VİDEO

6-05-2017, 22:22

Bəylər Eyyubovun DİN-də yüksək vəzifə almış qohumu haqda İLGİNC faktlar - VİDEO

Bir neçə gün əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alan polis polkovniki Rövşən Eyyubovla bağlı maraqlı faktlar ortaya çıxıb.

BakiPost.az-ın araşdırması nəticəsində məlum olub ki, R. Eyyubov uzun müddət bu orqanda çalışaraq peşəkar polis olmaqla yanaşı, Azərbaycan musiqi sahəsində də kifayət qədər böyük uğurlara imza atmış şəxslərdəndir.

Belə ki, Rövşən Eyyubov 1993-94-cü illərdə fəaliyyət göstərən "Gəncə” qrupunun üzvlərindən olub. O, həmin dövrün bir çox məşhur mahnılarının həm müəllifi, həm də ifaçısıdır.

Həmin mahnılardan ən məşhuru söz və musiqisi Rövşən Eyyubovun özünə aid olan "Mənə niyə baxmırsan” adlı musiqidir. Bundan başqa o, "İtkin gəlinim”, "İlahə”, "Ayrılmaram”, "Gəncəm”, "Yalan”, "Gəl dedim”, "Ümidimi qopardılar”, "Gəl dedim”, "Ayrılmaram səndən” adlı mahnıları ifa edib. Bu mahnılardan bəziləri "Youtube”da da yerləşdirilib.

Bəylər Eyyubovun DİN-də yüksək vəzifə almış qohumu haqda İLGİNC faktlar - VİDEO


1992-95-ci illərdə tanınmış estrada ulduzu olan R. Eyyubov həm də toylarda da ifa edirmiş.

Sözügedən illərdə peşəkar musiqi ilə məşğul olan hazırki polis polkovniki daxili işlər orqanlarında işə düzəldikdən sonra, musiqi ilə həvəskar kimi məşğul olmağa başlayıb. O, indi də dost, qohum məclislərində ifa edir.


R. Eyyubov musiqi sahəsində fəaliyyətini həvəskar kimi davam etdirsə də, bir neçə il əvvəl çəkilən "Kaş ki, səni sevməyəydim” musiqili serialın ssenari müəllifliyini və bəstəkarlığını edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi