azia.az
azia.az

AZAL-ın vitse-prezidenti: “Şərqi Zəngəzurdakı hava limanlarının açılışında da birgə iştirak edəcəyik”

5-09-2021, 13:51

AZAL-ın vitse-prezidenti: “Şərqi Zəngəzurdakı hava limanlarının açılışında da birgə iştirak edəcəyik”
“Bu gün Azərbaycan xalqı üçün çox əlamətdar bir gündür”.

Azia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında bu gün Bakıdan Füzuli Beynəlxalq Hava Limanına sərnişin və yük təyyarələri ilə sınaq uçuşunun həyata keçirilməsinə münasibət bildirən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev söyləyib.

AZAL-ın vitse-prezidenti deyib ki, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına “Qarabağ” sərnişin təyyarəsi və ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi texniki uçuşlarını həyata keçiriblər:

“Bizim hər birimizin keçirdiyimiz hisləri sözlə ifadə etmək çətindir. Cəmi bir il əvvəl bu torpaqlarımız işğal altında idi, 11 ay əvvəl bu torpaqlarda qızğın döyüşlər gedirdi. Bugünkü hisləri bizə yaşadan Ali Baş Komandanımıza, Azərbaycan Ordusuna öz minnətdarlığımızı bildiririk. Qarabağa xoş gəlmisiniz!”

E. Hacıyev qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə artıq Şərqi Zəngəzur bölgəsində iki hava limanının da inşasına başlanıb:

“İnşallah, növbəti illərdə Şərqi Zəngəzurdakı həmin hava limanlarının açılışında da birgə iştirak edəcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi