azia.az
azia.az

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxslər İŞDƏN ÇIXARILDI

24-07-2020, 17:51

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxslər İŞDƏN ÇIXARILDI

Mədəniyyət Nazirliyinin iki əməkdaşı işdən çıxarılıb.

Azia.Az-ın əldə etdiyi məlumata görə, nazirliyin İncəsənət şöbəsinin Musiqi sektorunun aparıcı məsləhətçisi Rəsulova Aysel Məhərrəm qızı və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş mütəxəssisi-inspektoru Şahbazbəyova Zemfira Nadir qızı vəzifələrindən azad ediliblər.

Onların yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) mayın 12-də mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində araşdırma aparıb.

Aparılan araşdırmalarla Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Cinayət işi üzrə R.Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Z.Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının iyulun 20-də imzaladığı sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi