azia.az
azia.az

Azərbaycan boksçusu olimpiadada bürünc medal qazanıb

18-10-2018, 07:49

AZia.az: Azərbaycan boksçuları Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurublar.

"Report"un məlumatına görə, son olaraq Nurlan Səfərov 60 kq çəkidə bürünc medal uğrunda görüşə çıxıb.

O, misirli Marvan Mamdu Məhəmmədlə görüşü qələbə ilə başa vurub- 4:0 (29:26, 29:27, 29:27, 28:28, 29:27).

Beləliklə, Səfərov olimpiadada bürünc medal qazanıb.

Qeyd edək ki, digər boksçu Nicat Həsənov bürünc medal uğrunda görüşdə özbəkistanlı Caxongir Raxmonova uduzub və olimpiadanı 4-cü pillədə başa vurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi