azia.az
azia.az

Dünya çempionatı: Qadın güləşçimiz bürünc medal qazandı

19-08-2021, 19:16

Dünya çempionatı: Qadın güləşçimiz bürünc medal qazandı
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Azia.az-ın məlumatına görə, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı hindistanlı Kusum Kusumla qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Əliyeva fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Azərbaycanın digər qadın güləşçisi Birgül Soltanova (62 kq) da bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Luisa Şeel (Almaniya) / İva Geriç (Xorvatiya) cütünün qalibi olacaq. Qarşılaşma avqustun 20-də gerçəkləşəcək.

Qeyd edək ki, daha əvvəl kişi sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi