azia.az
azia.az

Paytaxt sakini evinin qarşısında bıçaqlandı

5-02-2016, 09:25

 Paytaxt sakini evinin qarşısında bıçaqlandı Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub. Rayonun Elşən Mehdiyev küçəsində yaşayan 41 yaşlı Hafiz Mirzə oğlu Əliyev yaşadığı evin qarşısında bıçaqlanıb. Yaralı qonşularının köməyi ilə xəstəxanaya çatdırılıb. Əməliyyat zamanı Hafiz Əliyevdə bir bıçaq xəsarətinin olması məlum olub. Zərərçəkən onu bıçaqlayan şəxsi tanımadığını bildirib.
Hadisə barədə 12-ci polis bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisəni törədən şəxsin axtarışlarını davam etdirir.
Faktla əlaqədar cinayət işi başlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi