azia.az
azia.az

Göygöldə yol qəzası baş verib, 8 nəfər xəsarət alıb

19-02-2016, 08:48

Göygöldə yol qəzası baş verib, 8 nəfər xəsarət alıb Gecə saat 00:10 radələrində Göygöl rayonunun mərkəzində yol qəza hadisəsi baş verib.
"Hyundai Sonata" markalı avtomobillə VAZ 2107-in toqquşması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Araz Tanırverdiyev, Taleh Səmədzadə, Röfət Həsənov, Şaiq Əhmədov, Qədim bə Bilman Abdıyevlər, eləcədə Sahib Quliyev və Sənan Məcidov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.
Onlardan ikisinin Qədim Abdıyev və Sahib Quliyevin vəziyyəti ağır olduğundan ixtisaslaşmış tibb ocağına göndərilib. Digər yaralıların müayinə və müalicəsi Təcili Tibbi Yardım Xəstəxanasında davam etdirilir.
İlkin ehtimala görə, qəzaya dumanlı hava səbəb olub.
Hava şəraitindən düzgün sürət seçməyən sükan sahibləri qarşı-qarşıya gələrək toqquşublar. Qəzanın səbəbləri Göygöl rayon polis şöbəsində araşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi