azia.az
azia.az

Xaçmazda ağır yol qəzası: ölən var - FOTO

12-03-2017, 15:58

Xaçmazda ağır yol qəzası: ölən var - FOTO


Traktor yolun kənarında dayanan Vaz-2106 markalı avtomobili divara sıxıb.


Xaçmazın Xudat şəhəri ərazidində -Xudat -Nabran yolunun 3- cü km-də ölümlə nəticələnən yol qəzası baş verib.

İstiPress-in Şimal bürosunun xəbərinə görə, idarə etdiyi Vaz-2106 markalı avtomobillə bazarlıq edib evə gələn 16 yaşlı Alim Vahid oğlu Əmirov yolun kənarında maşını saxlayıb yükləri evinə boşaldarkən, Məmmədağa Quliyevin idarə etdiyi traktor onu divara sıxışdırıb. Nəticədə Vaz-2106 –nın sürücüsü yerindəcə keçinib.

Mərhumun meyiti Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə aparılıb. Hadisə yerində rayon polis şöbəsinin əməkdaşları işləyir.

Qeyd edək ki, ölən Alim Əmirovun atası polis əməkdaşıdır.

Xaçmazda ağır yol qəzası: ölən var - FOTO
Xaçmazda qəza
Xaçmazda ağır yol qəzası: ölən var - FOTO

Xaçmazda qəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi