azia.az
azia.az

Leyla və Arif Yunusun xaricə getmələrinə icazə verilmədi

11-02-2016, 14:30

Leyla və Arif Yunusun xaricə getmələrinə icazə verilmədi Bu gün Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən Atif Yunus və Leyla Yunusun müalicə məqsədilə xarici ölkəyə getməsinə icazə verilməsilə bağlı müraciətinə baxılıb.

Təqsirləndirilən şəxslərin vəkilləri Elçin Sadıqovun verdiyi məlumata görə, prosesdə müraciət təmin edilməyib.
Vəkil bildirib ki, qərardan apelyasiya şikayəti veriləcək.
E.Sadıqov bildirib ki, hazırda A.Yunus şiddətli, həyati təhlükəli arterial hipertenziya (3-cü dərəcə, 240/120), 2 dəfə iflicdən sonrakı vəziyyət, arxa boyun nahiyəsində naməlum ağrılardan əziyyət çəkir, gələcək fəsadların, həmçinin xəstənin ölümünün qarşısının alınması üçün onun yüksək ixtisaslaşdırılmış xəstəxana şəraitində nəzarət altında olması zəruridir.
Həmçinin, həkim ekspertin rəyinə əsasən, L.Yunus xroniki hepatit, arterial hipertenziya, şəkərli diabet xəstəliklərindən əziyyət çəkir, öd kisəsindəki bir böyük daş pankreatit fəsadlarla şiddətli qarın ağrılarına səbəb olur və bu xəstənin xəstəxanada yerləşdirilməsinə, daşın çıxarılması üçün təcili əməliyyat olunmasına ehtiyac vardır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi