azia.az
azia.az

Şəkərli diabetə tutulmuş uşaqlar barədə QƏRAR

5-02-2016, 09:35

Şəkərli diabetə tutulmuş uşaqlar barədə QƏRAR Nazirlər Kabineti "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı"nı təsdiq edib.
Şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı son 10 il ərzində 3 dəfədən çox artıb, bu xəstəlik səbəbindən ölüm səviyyəsi 2 dəfədən çox enib.
Aparılan tədbirlərə baxmayaraq, bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasında da şəkərli diabetlə xəstələnənlərin sayı ilbəil artır. "2016-2020-ci illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı" şəkərli diabetin profilaktikasına, xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində yaranan fəsadların qarşısının alınmasına yönəldilib. Dövlət Proqramının məqsədi şəkərli diabet xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.
Dövlət Proqramına əsasən Səhiyyə Nazirliyi 2016-2020-ci illərdə şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə endokrinoloji yardım göstərən tibb müəssisələrinin qlükozalaşmış hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsini, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartının müəyyən edilməsini, şəkərli diabetə düçar olmuş uşaq və gənclərin uçotunun aparılması, onlara növündən və tipindən asılı olmayaraq təhsil aldıqları bütün təhsil müəssisələrində tibb mütəxəssisləri və müəllimlər vasitəsilə xüsusi nəzarətin təşkil edilməsini təmin etməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi