azia.az
azia.az

Dəhşətli yanğınla bağlı məhkəmə davam edir

29-06-2016, 04:09

Dəhşətli yanğınla bağlı məhkəmə davam edir Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən Miryusif Mahmudov, Ələkbərov Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə. hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edib. M.Mahmudovun hüquqlarını müdafiə edən şəxs həbs qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz olunmasını, cinayət təqibinə xitam verilməsini istəyib. U.Bəşirovun vəkili Cavid Rzazadə çıxışında ibtidai istintaq zamanı iş materialları ilə tanış ola bilmədiyini deyib. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını tələb edib. Ə.Rəcəbovun vəkili cinayət işinin icraatına xitam verilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmə zalından azad olunmasını istəyib. Ə.Əsgərovun vəkili də cinayət işinin ibtidai istintaqa qaytarılmasını məhkəmədən xahiş edib. N.Orucovun vəkili hüquqlarını müdafiə edən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz olunmasını və cinayət işinə xitam verilməsini istəyib.
Vəkillərin vəsatətləri baxılmadan qalın. Prosesdə sabaha kimi fasilə elan edilib.

Qeyd edək ki, Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı məlumata görə, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların, dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb. Bundan başqa cinayət işinə "Dərnəgül Boru" zavadonun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini labarotoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigeyana və Epidemologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib. Onu da qeyd edək ki, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi