azia.az
azia.az

Vəzifəli şəxslər dəhşətli qəzaya düşdü: ölənlər var - ADLAR - YENİLƏNİB

3-05-2016, 20:10

Vəzifəli şəxslər dəhşətli qəzaya düşdü: ölənlər var - ADLAR - YENİLƏNİB Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 2-də saat 15 radələrində Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Rüstəm Haqverdiyevin idarə etdiyi “Toyota” və Qusar rayon sakini Rabit Əkbərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub və “QAZ-3110” markalı avtomobildə yanğın baş verib. Nəticədə R.Haqverdiyevin sərnişinlərindən Adışirin Ələkbərov hadisə yerində ölüb, özü və 3 sərnişini, habelə R.Əkbərov xəstəxanaya yerləşdirilib. R.Haqverdiyev xəstəxanada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi