azia.az
azia.az

Azərbaycanda dəhşətli yol qəzası: ölənlər var

17-03-2016, 18:11

Azərbaycanda dəhşətli yol qəzası: ölənlər var Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Ağcabədi rayonunun Boyad kəndində rayon sakinləri İlqar Dadaşovun və Niyaməddin Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub, nəticədə idarəetməni itirmiş İ.Dadaşov avtomobili yolun kənarındakı ağaça çırpıb. İ.Dadşovun sərnişinləri - Şaban Mehdiyev və Vüsal Atakişiyev hadisə yerində ölüb, özü və daha 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi