azia.az
azia.az

MEK tərəfindən təqdirəlayiq addım

2-10-2021, 09:09


MEK tərəfindən təqdirəlayiq addım
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən növbəti dəfə təqdirəlayiq addım atılıb. Belə ki, cəmiyyətdə mütaliəni artırmaq, hərbi hissələrdə əsgər və zabit heyətinin asudə vaxtlarının səmərəli təşkili, şəhid və qazi ailələri ilə daimi olaraq qarşılıqlı diskussiyanı təmin etmək məqsədi ilə həyata keçirilən “Oxu-qazan” layihəsinə MEK-in fondundan 30-a yaxın 11 adda kitab hədiyyə edilib.
Qeyd edək ki, “Oxu-qazan” layihəsi Müdafiə Nazirliyinin dəstəyi ilə “İnnovativ Təşəbbüslər” İctimai Birliyi tərəfindən həyata keçirilir. Aksiya çərçivəsində təqdim olunan bədii, tarixi və vətənpərvərlik mövzularını əhatə edən nəşrlər oxucularda dərin maraq yaradacaq.
Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxana AMEA-nın müəssisələrinə, kənd orta məktəbləri və universitet kitabxanalarına, diaspor təşkilatlarına və digər orqanlara mütamadi olaraq dəyərli nəşrlər hədiyyə edir.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]
MEK tərəfindən təqdirəlayiq addım
MEK tərəfindən təqdirəlayiq addım
MEK tərəfindən təqdirəlayiq addım


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi