azia.az
azia.az

İran təyyarəsi yükü boşaldıb getdi, 36 saat sonra İsrail həmin bazanı vurdu

3-06-2019, 17:07

İran təyyarəsi yükü boşaldıb getdi, 36 saat sonra İsrail həmin bazanı vurdu
Azia.az təqdim edir: İsrailin bu gün iyunun 3-də gecə saatlarında Suriyanın Homs vilayətində T4 aviabazasına endirdiyi raket zərbələrinə dair yeni təfərrüatlar məlum olub.
Virtualaz.org İsrail mənbələrinə istinadən xəbər verir ki, bu zərbələr İranın “Fars Air Qeshm” hava yolları şirkətinin nəqliyyat təyyarəsinin bazaya enməsinin ardınca endirilib.Bildirilir ki, həmin təyyarə T4 bazasına həftədə üç reys edib, ehtimal edilir ki, təyyarə “Hizbullah” üçün müasir silahlar daşıyıb. Sonuncu dəfə “Boeing-747” təyyarəsi iyunun 1-də, saat 08.45-də T4 bazasına enib. Üç saat sonra təyyarə yükünü boşaldıb və Tehrana geri uçub. 36 saat sonra İsrail aviasiyası bazaya hücum edib. Hücum zamanı bazadakı raket anbarı, bir neçə avtomobil və daha bir neçə bina, o cümlədən İnqilab Keşikçiləri Korpusunun qərargahı məhv edilib. Suriya tərəfi 3 nəfərin həlak olduğunu bildirir.
İran təyyarəsi yükü boşaldıb getdi, 36 saat sonra İsrail həmin bazanı vurdu
“Fars Air Qeshm” şirkətinə məxsus təyyarənin Suriyaya reyslərinə görə İsrailin zərbə endirməsi birinci dəfə deyil. Təxminən 6 ay əvvəl şirkətin təyyarəsi Dəməşq aeroportuna enmişdi və 3 saat sonra İsrail aviasiyasi aeroportu vurmuşdu.
İsrail Homs vilayətində yerləşən “T4” adlı hərbi hava aerodromuna raket hücumu edib.

RİA Novosti xəbər verir ki, raket atəşi zamanı güclü partlayışlar olub, yanğın başlayıb.

Suriya hava hücumundan müdafiə qüvvələri iki raketi məhv edə bilib, lakin qalanları hədəfə çatıb.

Hücum nəticəsində 1 əsgər ölüb və bir neçəsi yaralanıb, silah anbarlarına və digər binalara, eləcə də hərbi texnikaya ciddi ziyan dəyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi