azia.az
azia.az

Rusiyadan Dubaya uçan təyyarə İranda təcili eniş etdi

18-04-2019, 13:07

Rusiyadan Dubaya uçan təyyarə İranda təcili eniş etdiRusiyanın Sankt-Peterburq şəhərindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçan "Azur Air Hava yolları" şirkətinin "Boeing 757" təyyarəsi İranın Mehrabad hava limanında təcili eniş edib.
Bunu İranın Mülki Aviasiya Təşkilatının hava qəzalarının araşdırılması idarəsinin baş direktoru Hüseyn Rzayifər deyib.
H.Rzayifərin sözlərinə görə, sərnişinlərdən birinin vəziyyətinin pisləşdiyinə görə təyyarə Mehrabad hava limanına təcili eniş edib.
Baş direktor Mehrabad hava limanının seçilməsini onun şəhərə yaxın olması ilə əlaqələndirib.
Trend bildirir ki, hazırda sərnişin xəstəxanaya aparılıb və təyyarə yanacaq doldurur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi