azia.az
azia.az

Almaniyada təyyarə 90 sərnişini hava limanında “unudaraq” uçub

19-06-2016, 07:36

Almaniyada təyyarə 90 sərnişini hava limanında “unudaraq” uçub Təyyarəyə minə bilməyən ikinci avtobusun sərnişinlərini sakitləşdirmək üçün on polis əməkdaşı cəlb olunub.

Eurowings şirkətinin təyyarəsi 90 sərnişini göyərtəyə almağı “unudaraq” Düsseldorf hava limanından uçub.

Drezden reysini həyata keçirməli olan təyyarənin sərnişinlərini minmə yerinə iki avtobusda gətiriblər.

Birinci avtobusdakı qırx sərnişin təyyarəyə qalxaraq Drezdenə çatıb. Lakin ikinci avtobusdakı adamları göyərtəyə alınmayıblar.

Qəzet qeyd edir ki, təyyarəyə minə bilməyən ikinci avtobusun sərnişinlərini sakitləşdirmək və hava limanının əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün on polis əməkdaşı cəlb olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi