“Sahibkarlar üçün güzəştli maliyyə mexanizmləri” mövzusunda tədbir keçirilib
“Networking Azerbaijan”ın üzvü olan sahibkarlara Sahibkarlığın İnkişafı Fondunun maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib.
Sahibkarlığın İnkişafı Fondunun (SİF) və “Networking Azerbaijan” sahibkarlıq klubunun birgə təşkilatçılığı ilə “Sahibkarlar üçün güzəştli maliyyə mexanizmləri” mövzusunda tədbir keçirilib.
Tədbir çərçivəsində sahibkarlara SİF-in fəaliyyət istiqamətləri, o cümlədən maliyyə mexanizmləri ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə layihə həyata keçirmək istəyən sahibkarlara zəmanət və subsidiya mexanizminə müraciət qaydası izah edilib. Həmçinin sahibkarları maraqlandıran suallar cavablandırılıb.