azia.az
azia.az

İddia - Səfirə qarşı törədilən sui-qəsd əvvəlcədən xəbər verilib

20-12-2016, 12:20

İddia - Səfirə qarşı törədilən sui-qəsd əvvəlcədən xəbər verilib
Türkiyənin ehtiyatda olan polkovnik Əhməd Zeki Üçok Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümünü hələ 4 gün əvvəl xəbər verib

Publika.az xəbər verir ki, polkovnik bu barədə "Twitter" səhifəsində bildirib.

“Çevrilişdən sonra XAOS prosesi başladılmışdır. Cənub-şərq (Türkiyənin cənub-şərqi, əsasən kürdlərin yaşadığı bölgələr - red.), İraq, Suriyadan şəhidlər. Şəhərlərdə qanlı hadisələr. İqtisadi təzyiqlər. Sui-qəsdlər. Birlik olaq" - deyə Əhməd Zeki Üçok yazıb.

O, Türkiyənin hal-hazırda içərisində olduğu vəziyyəti xaos adlandırıb.
Əhməd Zeki Üçok daha əvvəl bildirb ki, hərbi çevriliş cəhdi uğurlu olsaydı, yüz minlərlə insan həbsə atılacaq, minlərlə insan həyatını itirəcəkdi. Bu xaosdan faydalanan beynəlxalq cəmiyyət bizə ikinci bir Sevr müqaviləsini imzalamağa məcbur edəcəkdi. Türkiyə bölünəcək, Ermənistan, kürd bölgəsi ayrılacaq, ölkə işğal altına girəcəkdi”.
“O gecə kimin hansı tərəfdə olduğu müəyyən edilməlidir. Əks halda, bu çevriliş cəhdini analiz edə bilməzsiniz. Orduda hələ də FETÖ-çular var. Təhlükə hələ keçməyib. Parlamenti yenə də bombalaya bilərlər”, - o, bildirib.

O, son 10 ildə 50 minə yaxın FETÖ (Fəthullahçı Terror Təşkilatı) üzvünün orduya qatıldığını qeyd edib.

Qeyd edək ki, rus səfiri öldürən Mert Altıntaşın FETÖ ilə əlaqələrinin olduğu bildirilir.

***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və AKP ilə əlaqədar sızdırdığı məxfi məlumatların çoxunun reallaşmasından sonra fenomenə çevrilən Fuad Avni adlı şəxs "facebook" hesabından Rusiya səfirinə qarşı törədiləcək təxribatı 12 dekabr tarixində açıqlayıb.

24saat.org saytı xəbər verir ki, Avni bu anonsu “Pazartesi Salı Çarşamba silahlı bir suikast girişimi yapılabilir (!)” yazaraq bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi