azia.az
azia.az

Türkiyədə 81 İŞİD silahlısı saxlanıldı

28-10-2016, 07:56

Türkiyədə 81 İŞİD silahlısı saxlanıldı
Türkiyə polisinin ölkənin bir neçə əyalətində İŞİD silahlılarına qarşı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən 81 nəfər saxlanılıb.

APA-nın verdiyi xəbərə görə, əməliyyat İstanbul şəhərini, Qaziantep, Şanlıurfa, Kırklareli və Ərzurum əyalətini əhatə edib. Məlumata görə, zərərsizləşdirilmiş qrup gəncləri İŞİD sıralarına cəlb etməklə, həmçinin, Suriya və İraqdakı terrorçulara maddi-texniki yardım göstərməklə məşğul olub.

Saxlanılanlardan 21 nəfərin İŞİD-in yerli qruplarının rəhbəri, 60 nəfərin isə əcnəbi olduğu bildirilir. Onların vətəndaşlığı barədə məlumat verilmir.

Saxlanılanlardan silah-sursat və onların terrorçuluq fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyən maddi sübutlar aşkarlanaraq götürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi