İŞİD Liviyada 11 nəfərin başını kəsdi
Liviyanın Sabrata şəhərində İŞİD silahlıları 17 təhlükəsizlik qüvvələri əməkdaşını öldürüb.
Bu barədə Sabrata şəhərinin meri bildirib.
Belə ki, 6 nəfər fevralın 23-də terrorçularla gedən döyüşlərdə ölüb. Bir gün sonra isə terrorçular təhlükəsizlik idarəsinin binasını ələ keçirərək 11 nəfərin başını kəsiblər.
Qeyd edək ki, fevralın 19-da ABŞ hərbi təyyarələrinin Sabrata şəhərinə hava zərbələri endirməsi nəticəsində 49 nəfər ölüb. Hədəfdə bir neçə terror aktının təşkilatçısı sayılan tunisli terrorçu Nurəddin Şuşanın olduğu bildirilir.