İŞİD toyu qana buladı: 30 ölü, 90 yaralı
İŞİD Suriyanın Xaseke kəndində toy şənliyini terror meydanına çevirib
Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, terrorçu kamikadzenin Xasekenin Salah məhəlləsində toy şənliyində özünü partlatması nəticəsində içərisində qadın və uşaqların da olduğu 30 nəfər həlak olub, 90 nəfər yaralanıb.
Ölü sayının arta biləcəyi ehtimalından kənddə qan vermək üçün elan verilib.