Pakistanda 300 İŞİD üzvü saxlanılıb
Pakistan polisi İŞİD terror qruplaşmasının 300-dən çox üzvünü saxlayıb
APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında İŞİD-in yerli qolunun lideri var.
Pakistan Silahlı Qüvvələrinin nümayəndəsinin məlumatına görə, İŞİD-in Pakistandakı lideri Hafiz Ömər və qruplaşmanın 300-dən çox üzvü aparılmış əməliyyat nəticəsində ölkənin müxtəlif bölgələrində saxlanılıb. Saxlanılanlardan 25-i Əfqanıstan, Suriya və İraq vətəndaşlarıdır.
Ordu nümayəndəsi bildirib ki, Şimali Vəziristan əyalətində davam etdirilən əməliyyat nəticəsində, ümumilikdə, 3500 silahlı öldürülüb.