azia.az
azia.az

Rusiya internet-resurslarında feyk: Qarabağda “Tor-M2KM” “Bayraktar”ı yox, əslində “kukruznik”i vurur VİDEO

8-06-2021, 21:31


44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun pilotsuz uçan aparatların geniş çeşidindən istifadə etməklə həm düşmənin canlı qüvvəsini və texnikasını, həm hava hücumundan müdafiə sistemlərini necə məhv etdiyi aylardır dünya mediasının, o cümlədən Rusiya KİV-lərinin gündəmindən düşmür.
Rusiya internet-resurslarında feyk: Qarabağda “Tor-M2KM” “Bayraktar”ı yox, əslində “kukruznik”i vurur VİDEO
Xüsusən də ona görə ki, Azərbaycan pilotsuz aparatlarının, o cümlədən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin məhv etdiyi silahlar, hava hücumundan müdafiə sistemləri, o cümlədən S-300 zenit-raket kompleksləri Rusiya istehsalı idi. Nəticədə bu müharibə dünya miqyasında Rusiya silahlarının effektivliyi barədə polemikalara səbəb olub, öz növbəsində Rusiya ekspertləri Qarabağda ermənilərin rus silahlarını ya düzgün istifadə etmədiyini təbliğ edirlər, ya da əslində rus silahlarının “Bayraktar”lara qarşı effektivliyi haqda danışırlar.
Virtualaz.org xəbər verir ki, bu günlərdə Rusiya internet-resurslarında Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun “Tor-M2KM” zenit-raket kompleksinin “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsini “vurması” barədə videokadrlar yerləşdirilib. Lakin jurnalistlər həmin kadrlarda hədəfin əslində Azərbaycan Dövlət Sərhəd Xidmətinin düşmənin hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkara çıxarmaq üçün “tələ” qismində istifadə etdiyi, pilotsuz təyyarəyə çevrilmiş AN-2 (“kukruznik”) olduğundan şübhələniblər.Rusiya internet-resurslarında feyk: Qarabağda “Tor-M2KM” “Bayraktar”ı yox, əslində “kukruznik”i vurur VİDEO
Detalları dəqiqləşdirmək üçün Ukraynanın “Defence Express” portalı Türkiyənin “Baykar Defence” şirkətinə müraciət edib. Şirkətin mütəxəssisləri kadrları analiz ediblər və jurnalistlərin şübhəsini təsdiqləyiblər. Bildiriblər ki, həmin kadrlarda uzaqdan idarə olunan AN-2 təyyarəsi təsvir olunub. Sayt xatırladır ki, müharibə ərzində Qarabağda “Bayraktar”lar və digər dronlar 976 hədəfi, o cümlədən 31 hava hücumundan müdafiə sistemini, 7 S-300PS zenit-raket kompleksini, 16 “Osa” kompleksini, bir neçə “Tor-M2” kompleksini və digər silahları məhv edib.

Qeyd olunur ki, bu yaxınlarda Rusiya təbliğatçıları “Lanset” kamikadze-dronunun “Bayraktar”lara “heç bir şans buraxmadığını” bildirirdilər. “Lanset” Rusiyada seriya istehsalı təzəcə başlayan, hava hədəflərinə qarşı nəzərdə tutan kamikadze-drondur. Lakin mütəxəssislər qeyd edirlər ki, “Lanset”in kreyser sürəti maksimum 110 kilometr/saatdır, “Bayraktar”lar isə saatda 150 kilometr sürətlə uçur. Nəticədə “Lanset” sadəcə olaraq “Bayraktar”a çata bilməz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi