azia.az
azia.az

Kralın sevgilisinin şəklini paylaşdılar, sayt çökdü – Fotolar

9-10-2019, 11:12

Bu günlərdə Tailandın kral sarayı Kral Maha Vajiralonqun sevgilisi Sinenatın fotolarını paylaşıb. Nəticədə kralın ailəsinə məxsus sayt çöküb.
Kralın sevgilisinin şəklini paylaşdılar, sayt çökdü – Fotolar
Fərqli yaşayış tərzi ilə diqqət çəkən 67 yaşlı kral Vajiralonqon may ayında 41 yaşlı kraliça Suthidayla evləndikdən iki ay sonra Sinenatı rəsmi sevgilisi elan edib. Sinenat Tailand tarixində son 100 ildən sonra bu adı daşıyan ilk qadın olub. O, bu aldığı ərəfədə kraliça da buna hazır olub. Hətta kralın kraliça ilə toyu günü Sinenat da mərasimdə yer alıb.

Sarayın internet səhifəsində Sinetanın 60-dan çox fotosu və 46 səhifəlik bioqrafiyası haqqında məlumat paylaşıldıqdan sonra sayt çöküb. Sinenat qırıcı təyyarə pilotu, tibb bacısı və mühafizə xidmətçisidir.

Kralın 4-cü arvadı kraliça Suthida isə zamanında hostes və kirayəlik evlərin rəhbər köməkçisi işləyib.

Qeyd edək ki, ömrünün çox hissəsini Almaniyada keçirən Vajiralonkorn 2016-cı ildə atasının ölümündən sonra taxta çıxıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi